"Fənərbaxça" növbəti mövsüm üçün heyətini gücləndirməyə başlayıb.

Corner.az "A Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi  Çexiyanın "Slaviya Praqa"sının 26 yaşlı vingeri Peter Olayinqa ilə yaxından maraqlanır. "Sarı-lacivərtlilər" mövsümün sonunda nigeriyalı futbolçunun klubuna təklif göndərəcək. Afrikalı  futbolçunun hazırkı sözləşməsi 2023-cü ildə başa çatır.

Qeyd edək ki, Olayinqa bu mövsüm 35 matçda 10 qol və 4 məhsuldar ötürmə edib.