4 oktyabr 2026. Bazar günü

Hazard üçün İngiltərə variantı


  • Transfer
  • 22:41 09.04.2022
  • Oxunma sayı: 152
Hazard üçün İngiltərə variantı

 "Real"ın futbolçusu Eden Hazard klubdan ayrıla bilər.

Corner.az "Foot Mercato"ya istinadən xəbər verir ki, "Arsenal" 31 yaşlı yarımmüdafiəçini heyətinə qatmağı planlaşdırır. London klubunun zədə səbəbinə görə belçikalı futbolçunu ilk olaraq icarəyə götürmək istədiyi və maaşının bir qismini ödəmək istədiyi vurğulanıb. 

Hazardın sözləşməsi 2024-cü ildə başa çatır.

Qeyd edək ki, Belçika millisinin üzvü  bu mövsüm 22 matçda 1 qol və 2 məhsuldar ötürmə edib.







Transfer