- Transfer
- 23:59 29.11.2024
Rusiyalı milyarder Roman Abramoviç “Çelsi”nin satışı ilə bağlı müqavilə başa çatdıqdan sonra İspaniyanın “Valensiya” klubunu almağa çalışacaq.
Corner.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Mirror” nəşri məlumat yayıb.
Məlumatda, “yarasalar”ın maliyyə problemi olduğu üçün sinqapurlu iş adamı Peter Lim klubu satışa çıxardığı vurğulanıb. Komanda 41 turdan sonra İspaniya çempionatında 9-cu yerdədir.
Daha əvvəl Roman Abramoviçin Türkiyə çempionatında sonuncu yerdə olan “Göztəpə”ni aldığı məlumatı yayılmışdı. Daha sonra iş adamının nümayəndəsi bu məlumatı təkzib edib.