23 noyabr 2024. Şənbə

"Seltik" variantı dəqiq olsa, dəyərləndirəcəm" – "Qəbələ"nin futbolçusu


  • Transfer
  • 15:43 22.04.2019
  • Oxunma sayı: 605
"Seltik" variantı dəqiq olsa, dəyərləndirəcəm" – "Qəbələ"nin futbolçusu
Corner.az xəbər verir ki, “Qəbələ”nin futbolçusu Bəhlul Mustafazadə qol.az-a müsahibə verib. Yayda “Seltik”ə baxışa gedəcəyi ilə bağlı Britaniya mətbuatında yayılan xəbərlərə aydınlıq gətirən gənc futbolçu ölkə kubokunun yarımfinal mərhələsində sabah “Qarabağ”la keçirəcəkləri oyundan da danışıb.

-Əvvəlcə Şotlandiya “Seltik”inə baxışa yollanacağınla bağlı çıxan xəbərlərə münasibətini bilmək istərdim. Sənə, klubuna və ya menecerlərə hər hansı təklif gəlib?

- Nə mənə, nə də klubuma təklif olub. Ona görə də bu haqda danışmaq düzgün deyil. Əgər rəsmi bir şey olsaydı, nəsə deyə bilərdim. Hələ ki, heç bir təklif yoxdur.

- “Seltik” Avropa futbolunda kifayət qədər tanınmış klubdur. Gənc futbolçusan, adının bu cür komanda ilə yanaşı çəkilməsi səni həyəcanlandırır?

- Əlbəttə, mənim üçün çox xoşdur. Əgər doğru məlumat olsa, mütləq dəyərləndirməyə çalışaram.

- “Qəbələ” ilə müqavilən mövsümün sonunda başa çatacaq. Gələcəyinlə bağlı nə düşünürsən? Komandada qalacaqsan, yoxsa Avropaya getmək haqda düşünürsən?

- Bəli, müqaviləm mövsümün sonunda bitir. Ancaq bizdə belə bir şey var ki, akademiya yetirməsi olduğumuzdan 23 yaşa qədər “Qəbələ”nin futbolçusu sayılırıq. Ona görə də hər hansı başqa klub məni istəsə, mütləq “Qəbələ”yə pul ödəməlidir. Əgər yayda ölkə xaricindən təklif olsa, klubdakılar da bunu uyğun görsələr, getmək istəyərəm. Hazırda mənim üçün əsas prioritet məhz budur.

- Sabah ölkə kubokunda “Qarabağ”la vacib oyuna çıxacaqsınız. Matçla bağlı nə deyə bilərsən?

- Doğrudan da bizim üçün vacib oyundur. Yaxşı hazırlaşmışıq. Bilirsiniz ki, kubok qarşılaşmaları iki oyundan ibarət olur. Şansları bərabər qiyətləndirirəm. Turu keçmək üçün əlimizdən gələni edəcəyik.

- Bu mövsüm “Qarabağ”la çempionatda keçirdiyiniz 4 oyunun hamısında uduzmusunuz. Bu amili nəzərə alsaq, komandanızda hansısa prinsipiallıq hissi varmı?

- Əlbəttə, biz hər məğlubiyyətdən sonra çox məyus oluruq. Rəqib istər “Qarabağ” olsun, istərsə də bir başqası. Bir kluba 4 dəfə uduzmuşuqsa, bu, təbii ki, bizdə nəsə yaradır. Ancaq soyuq başla sabahkı matça hazırlaşırıq. Digər amilləri yox, məhz kuboku fikirləşirik. “Qarabağ”ı keçməyə çalışacağıq. Bundan əvvəlki nəticələri düşünmək, prinsipiallıq bizim ziyanımıza ola bilər. Sakitcə öz oyunumuza hazırlaşırıq.

- İlk oyun Qəbələdə olacaq. Ev matçında hansı nəticə sizi qane edəcək?

- İstənilən halda qol buraxmamağa çalışacağıq. Evdə qapını toxunulmaz saxlamaq çox önəmlidir. Bununla yanaşı, qol da vura bilsək, bu, bizim üçün daha yaxşı olar.

- Tale Heydərovun istefasından sonra çoxları düşünürdü ki, komandada ruh düşkünlüyü olacaq. Ancaq qazanılan nəticələr bunu demir. Ardıcıl 2 oyunda qalib gəlmisiniz. Sabit çıxışınızın səbəbini necə izah edərdin?

- Öz adımdan danışıram, mənim işim meydana çıxıb futbol oynamaqdır. Rəhbərliyin dəyişməsi məni o qədər də maraqlandırmamalıdır. Çünki mənim işim meydançadadır. Çempionatın axırlarıdır. Biz də istəyirik ki, yaxşı yerlər tutaq. Bu dönəmdə maksimum qələbə qazanıb, bacardığımız qədər çox xal toplamalıyıq. Motivasiyamızın, sabit çıxışmızın əsas səbəbi budur.

- Həm kubokda, həm də çempionatda Avroliqaya getmək şanslarınız var. Hansı sizin üçün daha vacib və daha rahat görünür?

- Mən futbolçu olaraq, hər ikisini vacib sayıram. Həm kubok, həm də çempionatda üçüncülük uğrunda mübarizəni davam etdiririk. Hər şey sonda bilinəcək. Ancaq yenə deyirəm, mübarizəmiz hər iki cəbhədə gedir.

- Növbəti turda çempionatda da olduqca önəmli oyununuz olacaq. Səfərdə üçüncü yer uğrunda əsas rəqibiniz “Səbail”lə qarşılaşacaqsınız...

- Son vaxtlar “Səbail” də yaxşı formadadır. Biz ora da müsbət nəticə üçün gedəcəyik. Ancaq əvvəlcə kubok oyunumuz var. Bu işi bitirəndən sonra həmin matça köklənəcəyik.






Transfer

"Lion"dan A Seriyasına
  • Transfer
  • 22:18 22.11.2024
"Lion"dan A Seriyasına