PSG-nin futbolçusu Kylian Mbappe "Real Madrid"ə transfer ediləcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.
Corner.az xəbər verir ki, 20 yaşlı hücumçu "canal+"a açıqlamasında Paris təmsilçisindən ayrılmaq istəmədiyini deyib: "Parisdə qalacam. Zidanın "Real"a qayıtmasına çox sevindim. Ancaq onu bir azarkeş kimi izləyəcəm". Qeyd edək ki, fransalı futbolçu Fransa Liqasında 30 qolla bombardirlər yarışına başçılıq edir.