2 avqust 2026. Bazar günü

Kvaratsxeliya növbəti mövsüm İtaliya klubunda


  • Transfer
  • 10:57 12.04.2022
  • Oxunma sayı: 163
Kvaratsxeliya növbəti mövsüm İtaliya klubunda

Gürcüstanın "Dinamo" (Batumi) klubunun futbolçusu Xviça Kvaratsxeliya karyerasını İtaliya "Napoli"sində davam etdirəcək.

Corner.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tviter səhifəsində yazıb.

O, 21 yaşlı vinger növbəti mövsümdən Neapol təmsilçisində çıxış edəcəyini bildirib.

Qeyd edək ki, Xviça Kvaratsxeliya Batumi "Dinamo"suna Rusiyanın "Rubin" komandasından keçib. O, Kazan klubu ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozub. X.Kvaratsxeliya Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.







Transfer