29 oktyabr 2024. Çərşənbə axşamı

Mançester Yunayted yeni baş məşqçisi ilə anlaşdı


  • Transfer
  • 00:03 13.04.2022
  • Oxunma sayı: 107
Mançester Yunayted yeni baş məşqçisi ilə anlaşdı
İngiltərənin “Mançester Yunayted” klubu yeni baş məşqçisi Erik ten Haqla 4 illik müqavilə imzalayacaq. Corner.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
 
Məlumatda, tərəflər arasında sözləşmə detalları ilə bağlı da razılıq əldə olunduğu vurğulanıb. Hazırda Mançester rəhbərliyi 52 yaşlı mütəxəssisin çalışdırdığı Niderland “Ayaks”ı ilə təzminat məsələsində danışıqlar aparır. Niderlandlı baş məşqçinin Amsterdam təmsilçisi ilə 2023-cü ilin yayınadək müqaviləsi var.
 
Hazırda "Mançester Yunayted"in baş məşqçisi Ralf Ranqnikdir. Eik ten Haq isə 2017-ci ildən çalışdırdığı “Ayaks”da 6 titul qazanıb






Transfer