7 aprel 2026. Çərşənbə axşamı

İnter milli üzvünü birdəfəlik transfer etdi


  • Transfer
  • 10:38 13.04.2022
  • Oxunma sayı: 126
İnter milli üzvünü birdəfəlik transfer etdi

İtaliyanın "İnter" klubu bu ilin yanvarında "Atalanta"dan icarəyə götürdüyü alman futbolçusu Robin Qosensi birdəfəlik transfer edib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Milan təmsilçisi 27 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfə 25 milyon avro ödəyib. Bunun 15 milyon avrosu təzminat məbləği, 10 milyon avrosu isə müxtəlif bonuslardır.

Qeyd edək ki, Robin Qosens "İnter"ə keçdiyi vaxtdan bu yana cəmi 6 oyunda meydana çıxıb. Buna təcrübəli futbolçunun bud nahiyyəsindən aldığı zədə səbəb olub.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi