7 aprel 2026. Çərşənbə axşamı

Haland Borussiya'nı Mançester Siti'yə dəyişir


  • Transfer
  • 19:15 13.04.2022
  • Oxunma sayı: 149
Haland Borussiya'nı Mançester Siti'yə dəyişir
Transfer gündəminin mərkəzində olan Erlinq Halandla bağlı hər gün yeni bir iddia ortaya atılır.

Corner.az xəbər verir ki, "Mançester Siti” Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halandın transferi ilə bağlı razılığa gəlib. Bu barədə italiyalı jurnalist Nikolo Skira özünün “Tvitter” səhifəsində məlumat yayıb.
 
“Şəhərlilər” norveçli futbolçunun sərbəst qalması üçün müqaviləsində nəzərdə tutulan 75 milyon avronu ödəyəcək. Halandın özü isə Mançester klubunda 5 illik müqaviləyə əsasən, ildə 30 milyon avro qazanacaq. Onunla İspaniyanın “Barselona” və “Real” klubları da maraqlanır.

Haland Dortmund təmsilçisi ilə müqaviləsi 2024-cü ildə bitəcək. 






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi