4 iyul 2026. Şənbə

Barselona Çelsi'nin futbolçusu ilə güclənir


  • Transfer
  • 20:26 14.04.2022
  • Oxunma sayı: 146
Barselona Çelsi'nin futbolçusu ilə güclənir

İngiltərənin "Çelsi" klubunun futbolçusu Antonio Rüdiger karyerasını "Barselona"da davam etdirə bilər.

Corner.az "goal.com"a istinadla xəbər verir ki, Kataloniya təmsilçisi "zadəganlar"ın 29 yaşlı müdafiəçisini transfer etmək  niyyətindədir. Məlumatda, tərəflər arasında almaniyalı futbolçunun keçidi barədə rəsmi danışıqlar aparıldığı vurğulanıb.

Lakin xəbərdə transfer üçün təklif olunan məbləğ barədə məlumat qeyd olunmayıb.

Qeyd edək ki, Rüdiger 2017-ci ildən "Çelsi"nin uğurları üçün çalışır.







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır