4 oktyabr 2026. Bazar günü

Fənərbaxça uruqvaylı hücumçunu transfer etdi


  • Transfer
  • 13:59 15.04.2022
  • Oxunma sayı: 151
Fənərbaxça uruqvaylı hücumçunu transfer etdi

Türkiyənin "Fənərbaxça" klubu cari mövsümün əvvəlində icarəyə götürdüyü uruqvaylı futbolçu Dieqo Rossini birdəfəlik transfer edib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi bu keçid üçün ABŞ-ın "Los-Anceles Qelaksi" klubuna 5,5 milyon avro təzminat ödəyib.

24 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Dieqo Rossi bu mövsüm "sarı-lacivərtlər"in heyətində 25 oyuna 4 qol vurub.







Transfer