- Transfer
- 20:17 05.12.2025
"Liverpool"un əfsanəvi futbolçusu Robbie Fowler Avstraliyanın "Brisbane Roar" klubuna baş məşqçi təyin olunub.
Corner.az klubun rəsmi "Twitter" hesabına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəsislə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Brisbane Roar" klubu Avstraliya A Liqasında 26 turdan sonra 18 xalla 9-cu pillədə qərarlaşıb.