4 iyul 2026. Şənbə

Ronaldo Mançester Yunayted'dən ayrılır


  • Transfer
  • 10:44 16.04.2022
  • Oxunma sayı: 166
Ronaldo Mançester Yunayted'dən ayrılır

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştiano Ronaldo komandadan ayrıla bilər.

Corner.az "The Daily Star"a istinadən xəbər verir ki, növbəti mövsümdən "qırmızı şeytanlar"ın baş məşqçisi olacaq Erik ten Haq 37 yaşlı hücumçunu komandasında görmək istəmir.

52 yaşlı niderlandlı mütəxəssis klub rəhbərliyi ilə danışıqlarda Ronaldonun planlarına daxil olmadığını və oyun tərzinə uyğun gəlmədiyini bildirib.

Qeyd edək ki, portuqaliyalı futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında 33 oyunda 18 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır