4 iyul 2026. Şənbə

Liverpul'un futbolçusu Milan'a keçir


  • Transfer
  • 17:57 16.04.2022
  • Oxunma sayı: 128
Liverpul'un futbolçusu Milan'a keçir
“Liverpul”un hücumçusu Divok Origi karyerasını İtaliyada davam etdirməyə yaxındır. Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Milan” belçikalı futbolçunu cari mövsümün sonunda azad agent kimi heyətinə qata bilər.
 
26 yaşlı futbolçunun İtaliya nəhəngi ilə illik 3,5 milyon avro maaş qarşılığında 4 illik müqavilə imzalayacağı bildirilir.
 
Origi daha əvvəl “Bayer” (Leverkuzen), “Kristal Pelas” və “Nyukasl”ın təkliflərini rədd edib.






Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır