- Transfer
- 23:59 29.11.2024
Sergen Yalçın növbəti mövsümdən Türkiyənin "Qalatasaray" klubunu çalışdıra bilər.
Corner.az-ın məlumatına görə, bu iddianı "Milliyet" qəzetində işləyən Serdar Sarıdağ irəli sürüb.
Jurnalist məsələ ilə bağlı 49 yaşlı mütəxəssislə danışdığını bildirib: "Mən bununıa Sergen Yalçınla əlaqə saxlayıb ondan soruşdum. O, "mənə təklif gəlsə, niyə də yox?" cavabını verdi. "Qalatasaray" onunla razılaşsa, təəccüblənməyəcəyəm".
Qeyd edək ki, Sergen Yalçın son olaraq "Beşiktaş"ın baş məşqçisi olub. Komanda onun rəhbərliyi altında 2020/2021 mövsümündə Türkiyə Super Liqasını və ölkə kubokunu qazanıb. "Qalatasaray"a hazırda Domenek Torren rəhbərlik edir. "Sarı-qırmızılar"ın bu ay keçiriləcək prezident seçkilərindən sonra ispaniyalı mütəxəssislə vidalaşacağı gözlənilir