21 aprel 2026. Çərşənbə axşamı

Poqba PSJ ilə anlaşdı


  • Transfer
  • 16:20 20.04.2022
  • Oxunma sayı: 174
Poqba PSJ ilə anlaşdı

"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba PSJ-yə keçməyə yaxındır. Corner.az xəbər verir ki, bu barədə "Todofichajes" məlumat yayıb.

Məlumatda, 29 yaşlı yarımmüdafiəçinin Paris təmsilçisi ilə 4 illik müqavilə imzalamağa razılaşdığı vurğulanıb. Fransalı futbolçunun "qırmızı şeytanlar"la müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. Beləliklə, Poqba yay transfer pəncərəsində azad agent olaraq parislilərə keçəcək.

Qeyd edək ki, Pol Poqba cari mövsüm 25 oyunda 1 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "qırmızı şeytanlar"la sözləşməsi iyunun 30-da başa çatacaq.







Transfer

Alvares üçün 200 milyon avro
  • Transfer
  • 22:13 20.04.2026
Alvares üçün 200 milyon avro