“Mançester Yunayted”in baş məşqçisi Ralf Ranqnik komandanın gələcək mövsüm üçün yeni addımlar atacağından danışıb. Corner.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, o, yeni baş məşqçinin adının açıqlanması ilə komandaya qoşulacaq yeni adların da məlum olacağını söyləyib:
“Daha əvvəl rəhbərliyə bəzi futbolçu təklifləri etmişdim. Həmin adlarla məşğul olub-olmayacağına klub rəhbərliyi qərar verəcək. Bununla belə, komandanın ümumi yenidənqurmaya ehtiyacı var. 3-4 transfer kifayət etməyəcək. Qapıçıdan başqa, hər mövqenin gücləndirilməyə ehtiyac var. Komandaya güc qatacaq yeni futbolçular lazımdır”.
“Mançester Yunayted” cari mövsümdə Ranqnikin rəhbərliyi altında 23 rəsmi oyunda 10 qələbə, 8 heç-heçə və 5 məğlubiyyət əldə edib. O, cari mövsümün sonunda komandadakı postundan ayrılacaq.