29 oktyabr 2024. Çərşənbə axşamı

Mahir Emreli üçün yeni baş məşqçi


  • Transfer
  • 16:41 21.04.2022
  • Oxunma sayı: 122
Mahir Emreli üçün yeni baş məşqçi

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının yeni baş məşqçisini açıqlanıb.

Corner.az  klubun rəsmi saytına istinadən xəbər verir ki, Zaqreb təmsilçisinin "sükan"ı Ante Çaçiçə tapşırılıb.

68 yaşlı mütəxəssis mövsümün sonunadək komandaya rəhbərlik edəcək. Xorvatiyalı çalışdırıcı bu postda həmyerlisi Jelko Kopiçi əvəzləyib.

Qeyd edək ki. Jelko Kopiç 2021-ci ilin dekabrından komandanın baş məşqçisi olub. Son ölkə çempionu ötən gün IX turdan təxirə salınmış oyunda "Hayduk"a 0:1 hesabı ilə uduzub. Baş məşqçi matçdan sonra mətbuat konfransına qatılmayıb.







Transfer