“Tottenhem” Kristian Eriksenin mümkün qayıtmasını nəzərdən keçirir. Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi bu ilin yayında London klubuna qayıtmağa hazırdır.
Bildirək ki, danimarkalı futbolçu 2013-2020-ci illərdə London komandasında çıxış edib. O, hazırda “Brentford”da forma geyinir.
Keçən yay danimarkalı futbolçu infarkt keçirmişdi və bundan sonra karyerasını dayandırmışdı. O, implantasiya edilə bilən kardioverter defibrilator ilə təchiz edilib.
Eriksen bu mövsüm 6 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.