29 oktyabr 2024. Çərşənbə axşamı

Barselona millinin üzvü ilə güclənir


  • Transfer
  • 15:24 23.04.2022
  • Oxunma sayı: 105
Barselona millinin üzvü ilə güclənir

Almaniyanın "Leyptsiq" klubunun futbolçusu Dani Olmo karyerasını İspaniyada davam etdirə bilər.

Corner.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Barselona" 23 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

Kataloniya təmsilçisi ispan futbolçu üçün 40 milyon funt-sterlinq təklif etməyə hazırlaşır. İngiltərənin "Mançester Yunayted" klubuda Olmo ilə yaxından maraqlanır.

Qeyd edək ki, Dani Olmo cari mövsüm bütün turnirlərdə 24 oyuna çıxıb, 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer