29 oktyabr 2024. Çərşənbə axşamı

Navas PSJ-dən ayrılır


  • Transfer
  • 10:06 24.04.2022
  • Oxunma sayı: 132
Navas PSJ-dən ayrılır

PSJ-nin qapıçısı Keylor Navas gələcəyi ilə bağlı qərarını verib.

Corner.az “Ekip”-ə istinadən xəbər verir ki, 35 yaşlı qolkiper Paris təmsilçisindən ayrılmaq istəyir. O, bu mövsüm bütün yarışlarda 23 matçda meydanda olsa da, oyun praktikasının azlığından narazıdır. Kosta-rikalı oyunçu daha çox oynamaq istədiyi bir klubda çıxış etməyi düşünür.

Navasın PSJ ilə müqaviləsi 2024-cü ilin yayına kimidir və onun təxmini dəyəri 10 milyon avrodur.







Transfer