29 oktyabr 2024. Çərşənbə axşamı

Rüdiger Real üçün Mançester Yunayted'in təklifini rədd etdi


  • Transfer
  • 16:30 25.04.2022
  • Oxunma sayı: 116
Rüdiger Real üçün Mançester Yunayted'in təklifini rədd etdi
“Çelsi”nin müdafiəçisi Antonio Rüdiger “Mançester Yunayted”dən yüksək təklif almasına baxmayaraq təklifi rədd edib. Corner.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu London klubuna olan hörmətinə və başqa liqada özünə şans vermək üçün bu addımı atıb.
 
“Qırmızı şeytanlar”  almaniyalı oyunçuya illik 10 milyon avro maaş ödəməyə hazır olsa da Rüdigerin mövsümün sonunda “Real”a keçəcəyi gözlənilir.

Onun gələn həftə “kral klubu” ilə 4 illik müqavilə imzalayacağı bildirilir. 
 
Bildirək ki, Rüdigerin “Çelsi” ilə müqaviləsi mövsümün sonunda bitir.






Transfer