29 oktyabr 2024. Çərşənbə axşamı

Everton türk futbolçusu ilə yollarını ayırır


  • Transfer
  • 17:30 25.04.2022
  • Oxunma sayı: 126
Everton türk futbolçusu ilə yollarını ayırır

İngiltərənin "Everton" klubu türk futbolçusu Cenk Tosunla yollarını ayırır.

Corner.az "CNN Türk"ə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 30 yaşlı hücumçunun cari mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməyəcək

Rişarlison və Dominik Kalvert Lüinlə rəqabətə tab gətirə bilməyən Tosunun yenidən sabiq klubu "Beşiktaş"a qayıdacağı gözlənilir.

Qeyd edək ki, Cenk Tosun 2018-ci ilin yanvarında "Beşiktaş"dan 20 milyon funt sterlinq qarşılığında "Everton"a transfer olunub. Futbolçu bu mövsüm Premyer Liqa klubunda cəmi 3 oyunda meydana çıxıb.







Transfer