29 oktyabr 2024. Çərşənbə axşamı

Qəbələ'nin legioneri İndoneziya klubunun hədəfində


  • Transfer
  • 12:07 26.04.2022
  • Oxunma sayı: 106
Qəbələ'nin legioneri İndoneziya klubunun hədəfində
"Qəbələ"nin futbolçusu Omar Hani karyerasını İndoneziyada davam etdirə bilər. Corner.az "sultra.tribunnews.com" saytına istinadən xəbər verir ki, "Persiya Cakarta" klubu 22 yaşlı yarımümdafiəçinin xidmətində maraqladır. Liqa 1 təmsilçisinə yeni baş məşqçi təyin olanan Tomas Doll  komandanı yeni legionerlərlə gücləndirməyi planlaşdırır. Onların arasında İordaniya millisinin üzvü Omar Hani də var. Omarın komandanın futbolçusu Rohit Çanı əvəzləyə biləcəyi vurğulanıb.
 
Omar Hani Thomas Doll üçün yeni oyunçu deyil. Onlar 2018-2019-cu il mövsümündə Kipr APOEL (Nikosiya) klubunda birlikdə çalışıblar.
 
Bildirilib ki, O.Haninin "Qəbələ" ilə müqaviləsi iyunda başa çatır. O, klubla müqaviləni  yeniləməsə, "Persiya Cakarta" oyunçunu pulsuz ala bilər.






Transfer