29 oktyabr 2024. Çərşənbə axşamı

Di Mariya PSJ-ni Yuventus'a dəyişir


  • Transfer
  • 22:55 26.04.2022
  • Oxunma sayı: 107
Di Mariya PSJ-ni Yuventus'a dəyişir
"Yuventus” klubu yayda azad agent olacaq PSJ-nin yarımmüdafiəçisi Anxel Di Mariyaya 1+1 şərti ilə müqavilə təklif edib. Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı futbolçu özü isə Turin klubu ilə 3 illik müqavilə imzalamaq istəyir.
 
Argentinalı futbolçu Liqa 1-in cari mövsümündə PSJ-nin heyətində 22 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Di Mariya əvvəllər “Mançester Yunayted”, “Real” və “Benfika” kimi klublarda çıxış edib.






Transfer