4 oktyabr 2026. Bazar günü

Misirli futbolçu Arsenal'dan ayrılmaq istəmir


  • Transfer
  • 23:03 26.04.2022
  • Oxunma sayı: 152
Misirli futbolçu Arsenal'dan ayrılmaq istəmir
"Arsenal”ın yarımmüdafiəçisi Məhəmməd Elneni İngiltərə klubu ilə yeni müqavilə imzalamağa hazır olduğunu açıqlayıb. Corner.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu London klubunu sevdiyini bildirib:
 
“Klub desə ki, “sən bizə lazımsan”, mən qalmağa hazıram. Artıq altı ildir ki, “Arsenal” mənim ailəmdir. Mən bu klubu sevirəm”.
 
Misir millisinin üzvü 2016-cı ildən “Arsenal”da top qovur.
 
Elneni bu mövsüm Premyer Liqada 9 oyuna çıxıb və iki məhsuldar ötürmə edib.







Transfer