29 oktyabr 2024. Çərşənbə axşamı

Türkiyə klubu Qarabağ'ın futbolçusunu alır


  • Transfer
  • 10:32 27.04.2022
  • Oxunma sayı: 128
Türkiyə klubu Qarabağ'ın futbolçusunu alır

Müqavilə ilə "Qarabağ"a məxsus olan futbolçu Ovusu Kvabena Türkiyənin "Ankaragücü" klubunda qalacaq.

Corner.az "GHANASoccernet" nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi 25 yaşlı hücumçunun çıxışından razıdır.

Klub icarə əsasında oynayan qanalı futbolçu ilə daimi müqavilə bağlamaq niyyətindədir. "Qarabağ"ın Kvabenanın satışından müəyyən bir məbləğdə qazanc əldə edəcəyi bildirilib.

 Türkiyənin digər klubları Kvabena üçün "Ankaragücü" və "Qarabağ" arasındakı danışıqları izləyirlər. Adı çəkilməyən komandalar paytaxt klubunun ən yaxşı futbolçularından sayılan Ovusunu əldə etməkdə maraqlıdırlar.

Qeyd edək ki, Ovusu Kvabenanın "Qarabağ"la 2023-cü ilin yayınadək müqaviləsi var. O, cari mövsüm I Liqada meydana çıxdığı 20 matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer