- Transfer
- 23:59 06.04.2026
Gürcüstan millisinin və "Dinamo" (Batumi) klubunun futbolçusu Xviça Kvaratsxeliyanın karyerasını İtaliyada davam etdirəcəyi dəqiqləşib.
Corner.az "Radio Kiss Kiss Napoli"yə istinadən xəbər verir ki, "Napoli" klubunun prezidenti Aurelio De Laurentis 21 yaşlı hücumameylli yarımmüdafiəçini cari mövsümün sonunda transfer edəcəklərini təsdiqləyib.
Neapol təmsilçisi gənc vinger ilə 5 illik müqavilə imzalayacaq. "Napoli" Kvaratsxeliya üçün Batumi klubuna 8 milyon avro təzminat ödəyəcək. Xviçanın "Napoli"də illik məvacib olaraq isə 1,1 milyon avro qazanacaq.
Qeyd edək ki, Xviça Kvaratsxeliya Batumi "Dinamo"suna Rusiyanın "Rubin" komandasından keçib. O, Kazan klubu ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozub. X.Kvaratsxeliya Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.