“Bavariya”nın hücumçusu Robert Levandovski klubun idman direktoru Həsən Salihamdciçin yayda onu satmayacaqları ilə bağlı açıqlamasından narazı qalıb. Corner.az “Sport Bild”ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu Münhen təmsilçisindəki oyun modelindən razı qalmadığı üçün klubdan ayrılmaq istəyir.
Levandovski Salihamiciçin açıqlamasına qəzəblənərək komandanı tərk etmək istəyini klub rəsmilərinə yenidən bildirib.
İspaniyanın “Barselona” klubu polşalı futbolçunun xidmətində maraqlıdır.
Levandovski “Bavariya”da 2014-cü ildə top qovur. O, bu mövsüm bütün turnirlərdə 43 matçda 48 qol vurub və 6 məhsuldar ötürmə edib.