4 iyul 2026. Şənbə

Namik Ələskərov Super Liqa klubunun hədəfində


  • Transfer
  • 20:49 27.04.2022
  • Oxunma sayı: 156
Namik Ələskərov Super Liqa klubunun hədəfində
Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Namik Ələskərov Türkiyədə komandasını dəyişə bilər. Corner.az yerli mətbuata istinadən xəbər verir ki, hazırda “Bursaspor”da çıxış edən 27 yaşlı futbolçu ilə “Sivasspor" klubu yaxından maraqlanır.
 
“Bursaspor” aşağı liqaya düşəcəyi təqdirdə, Ələskərovun müqaviləsi avtomatik olaraq pozulacaq. Belədə millimizin üzvü “Sivasspor”a azad agent kimi keçə bilər. Bursa təmsilçisi 1-ci Liqada qalacağı halda isə Rza Çalımbayın baş məşqçi olduğu komanda Ələskərovu müəyyən təzminat məbləği qarşılığında heyətinə qatmaq üçün çalışacaq
 
İddiaya görə, Sivas klubu ilə yanaşı, Super Liqanın daha bir neçə klubu Namiki heyətində görmək istəyir. Azərbaycanlı futbolçunun özü də Türkiyədə qalmaq niyyətindədir.
 
Ələskərov hazırda 6 qolla "Bursaspor"un ən sərrast futbolçusudur. Onun komandası 35 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.






Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır