7 aprel 2026. Çərşənbə axşamı

Liverpul Yurgen Klopla müqaviləni yenilədi


  • Transfer
  • 21:31 28.04.2022
  • Oxunma sayı: 109
Liverpul Yurgen Klopla müqaviləni yenilədi

İngiltərənin "Liverpul" klubu baş məşqçisi Yurgen Kloppla yeni müqavilə imzalayıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 54 yaşlı l mütəxəssisin sözləşməsinin müddəti 2026-cı ilin yayınadək uzadılıb.

Məlumat, Mersisayd təmsilçisinin tviter hesabında Kloppla bağlı video paylaşılıb.

Təəssüratlarını bölüşən alman çalışdırıcı "Liverpul"da özünü yaxşı hiss etdiyini bildirib: "Burada özümü yaxşı hiss edirəm. Buna görə çox şanslıyam".

Qeyd edək ki, Yurgen Klopp 2015-ci ildən "Liverpul"a rəhbərlik edir. Klub onun başçılığı altında İngiltərə Premyer Liqasını, Liqa Kubokunu, UEFA Çempionlar Liqasını və Superkubokunu, həmçinin klublararası dünya çempionatını qazanıb.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi