4 iyul 2026. Şənbə

Runi Premyer Liqa klubunda?


  • Transfer
  • 12:29 29.04.2022
  • Oxunma sayı: 137
Runi Premyer Liqa klubunda?
Çempionşipdə mübarizə aparan “Derbi Kaunti” klubunun baş məşqçisi Ueyn Runi Premyer Liqada çalışa bilər. Corner.az “The Sun”a istinadən xəbər verir ki, ingilis mütəxəssis “Bernli” klubunun “sükanı arxasına” keçə bilər. Klub rəhbərliyi 36 yaşlı mütəxəssisin hazırda Premyer Liqanın turnir cədvəlində 17-ci yerdə olan “Bernli”nin səviyyəsini yüksəldəcəyinə inanır.
 
Runi 2021-ci ilin yanvarından “Derbi Kaunti”yə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda Çempionşipi vaxtından əvvəl tərk edib. Hazırda “Derbi Kaunti” ciddi maliyyə problemi yaşayır.






Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır