4 iyul 2026. Şənbə

Ralf Ranqnik rəsmən Avstriya millisində!


  • Transfer
  • 15:53 29.04.2022
  • Oxunma sayı: 142
Ralf Ranqnik rəsmən Avstriya millisində!
 Avstriya millisinin baş məşqçi postu “Mançester Yunayted”in çalışdırıcısı Ralf Ranqnikə tapşırılıb. Corner.az xəbər verir ki, bu barədə Avstriya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
63 yaşlı mütəxəssis bu mövsümün sonuna qədər İngiltərə təmsilçisini çalışdırmağa davam edəcək. O, mayın sonunda millini Millətlər Liqası oyunlarına hazırlamağa başlayacaq.
 
Ranqniklə iki illik müqavilə imzalanıb. Komanda AÇ-2024-ə vəsiqə qazansa, tərəflər arasındakı müqavilənin müddəti 2026-cı ilə qədər uzadılacaq.
 
“Mançester Yunayted”i yeni mövsümdən “Ayaks”ın baş məşqçisi Erik ten Haq çalışdıracaq.






Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır