20 aprel 2026. Bazar ertəsi

Dibala bu kluba keçsə tarixin ən bahalı futbolçusu olacaq


  • Transfer
  • 13:16 01.05.2022
  • Oxunma sayı: 151
Dibala bu kluba keçsə tarixin ən bahalı futbolçusu olacaq

'Yuventus”un hücumçusu Paulo Dibala karyerasını İngiltərədə davam etdirə bilər.

Corner.az “Football Insider”-ə istinadən xəbər verir ki, “Nyukasl”  klubu argentinalı futbolçunu klub tarixinin ən çox maaş alan futbolçusu etməyə hazırdır. 

28 yaşlı futbolçu İngiltərə klubu ilə müqavilə imzalamağa razılaşarsa, həftədə 200 000 funt sterlinq (təxminən 240 000 avro) maaş alacaq.

 “Arsenal” da Dibalanın transferində yaxından maraqlıdır.

Bildirək ki, Paulo Dibala 2015-ci ildən “Yuventus”da top qovur. O, cari mövsümdə A Seriyasında 25 matçda iştirak edib, 9 qol vurub, 5 məhsuldar ötürmə edib.







Transfer