5 dekabr 2025. Cümə

"Ajax" yeni transferindən qisasını belə aldı- qeyri-adi təqdimat


  • Transfer
  • 15:28 25.04.2019
  • Oxunma sayı: 509
"Ajax" yeni transferindən qisasını belə aldı- qeyri-adi təqdimat

"Ajax" "Emmen"dən heyətinə qatdığı Kjell Scherpenin transferini qeyri-adi şəkildə ictimaiyyətə təqdim edib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər, buna 19 yaşlı qapıçının hələ 11 yaşı olarkən sosial şəbəkədə Amsterdam klubu barədə yazdığı təhqirddici tvit səbəb olub. Həmin vaxtdan onunla “Ajax”lı azarkeşlər arasında bir neçə dəfə problem yaşanıb.

Azarkeşlərin narazılığının qarşısını almaq üçün Amsterdam təmsilçisi əfsanəvi futbolçuları Edvin van der Sar və Mark Overmarsın təzyiqi ilə yeni futbolçusuna kağız üzərində "Ajax" Hollandiyanın ən güclü klubudur" sözlərini yazdırıb və bunu videoya çəkərək ictimaiyyətə açıqlayıb.

Qeyd edək ki, "Ajax" gənc qapıçı ilə 4 illik müqavilə bağlayıb.







Transfer