12 may 2026. Çərşənbə axşamı

Levandovski'ni onunla əvəz edəcəklər


  • Transfer
  • 18:21 01.05.2022
  • Oxunma sayı: 121
Levandovski'ni onunla əvəz edəcəklər
Almaniyanın “Bavariya” klubu Robert Levandovskinin mövsümün sonunda komandanı tərk edəcəyini artıq qəbul edib. Corner.az xəbər verir ki, Münhen nəhəngi yeni hücumçusu ilə də artıq danışıqlara başlayıb.
 
Bundesliqa təmsilçisi “Real”ın futbolçusu Luka Yoviçin polşalıya layiqli əvəzləyici olacağını düşünür. Serbiya millisinin üzvü “kral klubu”nda əsas heyətə düşə bilmədiyi üçün komandadan ayrılmağa müsbət yanaşır. Bu da "Bavariya"nın 24 yaşlı hücumçunu 60 milyon avro ödəyərək transfer etməyi deməkdir. Tezliklə tərəflər arasında danışıqların yekunlaşacağı və rəsmi olaraq açıqlanacağı bildirilib.
 
Yoviçin “Real”la müqaviləsi 2025-ci ilin yayında sona çatır.






Transfer