"Çelsi”nin müdafiəçisi Markos Alonso “Barselona”ya keçidi yekunlaşmaq üzrədir. Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu hazırkı klubuna hörmətlə yanaşsa da yayda vətəninə qayıtmaq niyyətindədir.
İspan futbolçu ilə “Barselona”nın maraqlandığı iddia olunurdu. Kataloniya təmsilçisi artıq potensial transferin məbləğini müəyyən etmək üçün “Çelsi” ilə danışıqlara start verib.
Bildirək ki, Markos Alonso “Real”ın yetirməsidir. O, 2016-cı ilin avqustundan “Çelsi”də çıxış edir.