“İnter”in yarımmüdafiəçisi Marselo Brozoviç həmyerlisi İvan Perişiçin komandada ayrılmasını istəmir. Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı futbolçu illik 4 milyon avro maaşla İtaliya nəhəngi ilə müqaviləsini 2024-cü ilə qədər uzatması üçün tərəflər arasında danışıqlar davam edir.
Xorvatiyalı futbolçu özü də Milan klubunda qalmağa müsbət yanaşır. Brozoviç də həmyerlisinin komanda da qalması üçün israr edir.
Perişiç 2015-ci ildən “İnter”də çıxış edir. O, bu mövsüm A Seriyasında 32 oyuna çıxıb, 7 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi bu yay başa çatır.