19 dekabr 2025. Cümə

Müllerlə yeni müqavilə imzalandı


  • Transfer
  • 17:33 03.05.2022
  • Oxunma sayı: 113
Müllerlə yeni müqavilə imzalandı
“Bavariya” hücumçusu Tomas Müllerlə yeni müqavilə imzalayıb. Corner.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb.
 
32 yaşlı futbolçu ilə yeni müqavilə 2024-cü ilə qədər nəzərdə tutulub.
 
Müller “Bavariya”nın yetirməsidir. Onun klubla əvvəlki müqaviləsi 2023-cü ildə başa çatırdı.
 
Müller bu mövsüm Almaniya Bundesliqasında 30 oyuna çıxıb, 7 qol vurub və 20 məhsuldar ötürmə edib.
 
“Bavariya” bu mövsüm ardıcıl 10-cu dəfə Almaniya çempionu olub.






Transfer

"İnter"i "Barselona"ya dəyişir?
  • Transfer
  • 20:42 18.12.2025
"İnter"i "Barselona"ya dəyişir?