29 oktyabr 2024. Çərşənbə axşamı

Karlo Ançelotti bu millini çalışdıra bilər


  • Transfer
  • 18:02 03.05.2022
  • Oxunma sayı: 106
Karlo Ançelotti bu millini çalışdıra bilər

İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Karlo Ançelotti daha 10 il "kral klubu"na rəhbərlik edə biləcəyini açıqlayıb.

Corner.az-ın məlumatına görə, italiyalı mütəxəssis "Amazon Prime" telekanalına müsahibəsində Madrid təmsilçisinin məşqçilik karyerasındakı sonuncu klub olacağını bildirib.

Ançelotti Kanada millisinin sükanı arxasına keçəcəyi ilə bağlı iddialara da toxunub: "Yəqin ki, müqaviləm başa çatanda "Real Madrid"dən ayrılacağam. Amma klub rəhbərliyi istəsə, burada daha 10 il qala bilərəm. Gələcəkdə yığmada işləmək variantlardan biridir. Kanada millisi? Niyə də olmasın?! Mən istərdim".

Qeyd edək ki, Karlo Ançelottinin "Real Madrid"lə 2024-cü ilin yayınadək müqaviləsi var.







Transfer