- Transfer
- 23:57 07.04.2026
“Real Madrid”in qapıçısı Keylor Navas karyerasını İtaliyada davam etdirə bilər.
Corner.az xəbər verir ki, 32 yaşlı qolkiper “Juventus”a keçməyə yaxındır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.Turin klubunun kosta-rikalı futbolçu üçün “Real”la danışıqlara başladığı bildirilir.
Qeyd edək ki, Navas, 2014-cü ildən Madrid klubunda çıxış edir.