4 iyul 2026. Şənbə

Borussiya'dan ikinci transfer


  • Transfer
  • 12:28 04.05.2022
  • Oxunma sayı: 149
Borussiya'dan ikinci transfer
Almaniyanın “Borussiya” (Dortmund) klubu yeni mövsüm üçün növbəti transferini rəsmiləşdirib. Corner.az xəbər verir ki, Dortmund təmsilçisi “Frayburq”un futbolçusu Niko Şlotterbeki heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda, 22 yaşlı alman müdafiəçisi ilə 2027-ci ilin iyununa kimi müqavilə imzalandığı vurğulanıb. Müqavilə bu mövsüm başa çatdıqdan sonra qüvvəyə minəcək.
 
Xatırladaq ki, “Borussiya” bundan əvvəl yeni mövsüm üçün “Bayern”dən Niklas Süleni transfer etdiyini açıqlamışdı.






Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır