29 oktyabr 2024. Çərşənbə axşamı

Paulo Dibalanın yeni klubu bəlli oldu


  • Transfer
  • 12:50 04.05.2022
  • Oxunma sayı: 132
Paulo Dibalanın yeni klubu bəlli oldu

Cari mövsümün sonunda İtaliya "Yuventus"undan ayrılacağı dəqiqləşən argentinalı futbolçu Paulo Dibalanın yeni klubu bəlli olub.

Corner.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 28 yaşlı hücumçu İtaliyanın digər klubu "İnter"lə anlaşıb.

Argentinalı futbolçu yayda Milan təmsilçisi ilə 4 illik müqavilə bağlayacaq. O, yeni komandasına azad agent kimi keçəcək.

Qeyd edək ki, Paulo Dibala bu mövsüm "Yuventus"un heyətində 35 oyun keçirib. Futbolçu bu görüşlərdə 14 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer