1 oktyabr 2026. Cümə axşamı

Luis: Atletico'da qalmaq istəyərəm, amma ...


  • Transfer
  • 21:14 25.04.2019
  • Oxunma sayı: 617
Luis: Atletico'da qalmaq istəyərəm, amma ...

Atletico Madrid'in futbolçusu Filipe Luisin yayda komandadan ayrılacağını xəbər vermişdik.

Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, La Liqanın son turunda, “Atletico”nun “Valencia”nı 3:2 hesabı ilə məğlub etdiyi oyundan sonra açıqlama verən 33 yaşlı futbolçu, komandada qalmaq istədiyini deyib: “Atletico”da qalmaq istəyirəm, amma son qərarı klub verəcək. Ümid edirəm ki, qalan oyunlarda göstərdiyim oyunla onları razı salmağı bacararam”.

Qeyd edək ki,  brazilyalı futbolçu bu mövsüm 28 matçda iştirak edib və bu oyunlarda 2 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir