29 oktyabr 2024. Çərşənbə axşamı

Ayak'ın futbolçusu Bundesliqa nəhəngində


  • Transfer
  • 15:03 05.05.2022
  • Oxunma sayı: 108
Ayak'ın futbolçusu Bundesliqa nəhəngində

Almaniyanın "Bavariya" klubu Niderland "Ayaks"ında çıxış edən Nussair Mazraui ilə razılığa gəlib.

Corner.az "Bild" nəşrinə istinadən xəbər verir ki, 24  yaşlı müdafiəçi tibbi müayinədən keçib.

Mərakeşli oyunçu mövsümün sonunda Münhen təmsilçisinə keçəcək. Mazrauinin yeni klubunda illik maaşı təxminən 8 milyon avro olacaq. Transferin yaxın günlərdə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Nussair Mazraui cari mövsüm "Ayaks"ın heyətində bütün turnirlərdə 33 oyuna çıxıb, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer