29 oktyabr 2024. Çərşənbə axşamı

Azərbaycanda işləmiş mütəxəssis bu millini çalışdıracaq


  • Transfer
  • 12:49 07.05.2022
  • Oxunma sayı: 149
Azərbaycanda işləmiş mütəxəssis bu millini çalışdıracaq

"Bakı" klubunun sabiq baş məşqçisi Vinfrid Şefer karyerasını yenidən Afrikada davam etdirəcək.

Corner.az "Les Aigles Du Mali" nəşrinə istinadən xəbər verir ki,  Mali yığmasının "sükan"ı 72 yaşlı mütəxəssisə tapşırılacaq.

Almaniyalı çalışdırıcı bu postda Məhəmməd Maqassoubanı əvəzləyəcək.

Qeyd edək ki, Vinfrid Şefer 2010-cu ilin iyunundan 2011-ci ilin yanvarınadək "Bakı"nın baş məşqçisi olub. O, 2001 - 2004-cü illərdə Kamerun yığmasına rəhbərlik edib.







Transfer