- Transfer
- 23:19 30.09.2026
“Roma”nın futbolçusu Edin Dzeko karyerasını Almaniyada davam etdirə bilər.
Corner.az xəbər verir ki, Borussia Dortmund kubu 33 yaşlı hücumçunu heyətinə qatmaq niyyətindədir.Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Məlumatda, “Roma”nın da Dzekonun ayrılmasına problem yaratmayacağı bildirilib. Paytaxt təmsilçisi Dortmund'dan təcrübəli futbolçu üçün 20 milyon avro tələb etdiyi bildirir.
Qeyd edək ki, E.Dzeko, bu mövsüm 35 oyunda iştirak edərək, 13 qol vurub