29 oktyabr 2024. Çərşənbə axşamı

Mançester Siti Haaland'ın transferi açıqlamağa hazırlaşır


  • Transfer
  • 15:35 09.05.2022
  • Oxunma sayı: 124
Mançester Siti Haaland'ın transferi açıqlamağa hazırlaşır
Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haland yaxın günlərdə rəsmən “Mançester Siti”nin futbolçusu ola bilər. Corner.az xəbər verir ki, bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. 
 
Məlumatda tərəflərin 21 yaşlı hücumçunun transferi ilə bağlı müqaviləni ötən həftə bağladıqları bildirilib.
 
Norveçli futbolçu 2020-ci ilin əvvəlində “Borussiya” ilə müqavilə imzamışdı.
 
O, “Borussiya”nın heyətində 88 matçda 85 qol vurub və 23 məhsuldar ötürmə edib.
 
Hücumçunun bazar dəyəri 150 milyon avro olaraq qiymətləndirilir.






Transfer