29 oktyabr 2024. Çərşənbə axşamı

Haland tibbi baxışdan keçdi


  • Transfer
  • 16:36 10.05.2022
  • Oxunma sayı: 110
Haland tibbi baxışdan keçdi
Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halandın “Mançester Siti”yə transferi bu həftə ərzində açıqlanacaq. Corner.az xəbər verir ki, 21 yaşlı futbolçu artıq "şəhərlilər"in tibbi baxışdan keçib.
 
İngiltərə nəhəngi norveçli hücumçunun həkim müayinəsini Dortmundda təşkil edib. Klublar arasındakı anlaşmaya əsasən, “Mançester Siti"  bir neçə saat ərzində “Borussiya”ya 75 milyon avro ödəyərək, Halandın sərbəst qalma maddəsini aktivləşdirəcək.
 
Haland “Borussiya”ya 2020-ci ildə “Zalsburq”dan keçib.






Transfer