29 oktyabr 2024. Çərşənbə axşamı

Barselona onu satmağa hazırlaşır


  • Transfer
  • 16:45 10.05.2022
  • Oxunma sayı: 105
Barselona onu satmağa hazırlaşır
İspaniyanın “Barselona” klubu yayda hücumçusu Memfis Depayla yollarını ayırmağa hazırlaşır. Corner.az xəbər verir ki, bu barədə “sport.es” saytı məlumat yayıb.
 
Məlumatda, Kataloniya klubunun komandanı gücləndirmək üçün əlavə maliyyə vəsaiti qazanmaq səbəbi ilə 28 yaşlı futbolçunu satmağa hazır olduğu vurğulanıb.
 
Depayın La Liqa nəhəngi ilə hazırkı müqaviləsi gələn mövsümün sonunda başa çatır.
 
Niderlandlı futbolçu 2021-ci ilin yayında azad agent kimi “Barselona”ya keçmişdi.
 
O, bu mövsüm La Liqada 25 oyuna çıxıb, 11 qol vurub və 2 məhsuldar ötürmə edib.






Transfer